Bank Of Baku

Bakıda kredit vəsaitlərindən istifadə mövzusunda seminar keçiriləcək

Bakıda kredit vəsaitlərindən istifadə mövzusunda seminar keçiriləcək
# 14 fevral 2011 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 21-22-də Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə Bakıda «Azərbaycanda kredit vəsaitlərindən istifadə» mövzusunda seminar keçiriləcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarı Bankın maliyyə nəzarəti üzrə mütəxəssisləri Viliami Sefesi (Viliami Sefesi) və xanım Rozali Maqno (Rosalie Magno) keçirəcəklər.

Seminarda mühasiblər, maliyyə əməkdaşları və kreditlərin alınmasında iştirak edən digər icraçı agentliklərin kreditlərin xərclərinin hesablanması və vəsaitlərin düzgün xərclənməsinin öyrənməsi kimi məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR