Bank Of Baku

Azərbaycanda gəlirlərin vergidən azad olunan hissəsi artırıla bilər

Azərbaycanda gəlirlərin vergidən azad olunan hissəsi artırıla bilər
# 14 fevral 2011 11:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əmək haqqının vergiyə cəlb olunmayan hissəsinin artırılması təklifi irəli sürülüb. Bu barədə «APA-Economics»ə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanda əmək haqqının orta məbləği artdıqca, minimum əmək haqqı da yüksəlir: «Belə bir vəziyyətdə əmək haqqının vergi tutulmayan hissəsi də artmalıdır». Komitə sədri bununla bağlı hesablamaların aparılacağını bildirib.

Dəyişikliklərin təklif olunduğu digər sahə sosial sığorta haqları ilə bağlıdır. Z.Səmədzadə bildirib ki, bununla da bağlı hesablamalar aparılmalıdır. Dəyişikliklər nəticəsində ayrı-ayrı sahələrdə sığorta haqlarının dərəcəsinin fərqli olacağı da istisna edilmir. Bununla bağlı xarici təcrübə kimi, komitə sədri bəzi ölkələrdə innovasiyaların tətbiq olunduğu sahələrdə sosial ödənişlərin digər sahələrə nisbətən az olduğunu misal göstərib.

Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin aylıq əmək haqqı 200 manatadək olanda vergi ödənilmir. Aylıq əmək haqqının məbləği 200 manatdan artıq olanda vergi bütün maaşa tətbiq olunur. Gəlir vergisinin dərəcəsi 14% (aylıq gəlir 2000 manata qədər olanda) və 30% (2000 manatdan artıq) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR