Bank Of Baku

«TBC Kredit» turizm mövsümü ilə əlaqədar endirim aksiyası keçirir

«TBC Kredit» turizm mövsümü ilə əlaqədar endirim aksiyası keçirir
# 14 fevral 2011 11:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı qarşıdan gələn Novruz Bayramı və turizm mövsümünün başlanması ilə əlaqədar «Səyahət krediti» məhsuluna 2%-lik endirim aksiyası keçirir.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, Novruz Bayramı ərəfəsində dincəlmək arzusunda olan bütün müştərilər 2% endirimlə kredit ala bilərlər. Kredit üzrə minimal illik faiz dərəcəsi 24% təşkil edir.

Qeyd edək ki, aksiya fevral ayının 14-dən martın 20-dək davam edəcək.

Xatırladaq ki, «Səyahət krediti» girovsuz kreditdir, kreditin məbləği minimum 300 manat, maksimum 4 000 manat, müddəti isə 12 ay ola bilər. Səyahət paketini yalnız «TBC Kredit»lə əməkdaşlıq edən turizm agentliklərində rəsmiləşdirmək olar.

«TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin (2007-ci ilin dekabr ayından) 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR