Bank Of Baku

Azərbaycan bank sistemində girovdan istifadə mexanizmi təkmilləşdirilir

Azərbaycan bank sistemində girovdan istifadə mexanizmi təkmilləşdirilir
# 14 fevral 2011 13:14 (UTC +04:00)
Bu müddət Azərbaycan Mərkəzi Bankının tutmanın (girovun) ipotekaya yönəldilməsi (girovun sahibindən alınması) prosesinin tənzimlənməsi ilə bağlı hazırladığı yeni sənəddə nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov məlumat verib.

Qeyd edək ki, girov qoyulmuş əmlakın banka keçməsi ilə bağlı prosesin həddən artıq, əksər hallarda isə süni olaraq uzadılması bankirlərin ən böyük narazılıq etdiyi məsələlərdəndir. E.İsmayılovun sözlərinə görə, belə işlərin məhkəmələrdə həddən artıq uzadılması, bir instansiyadan digərinə ötürülməsi və dəfələrlə yenidən baxılması bankların faiz itkilərinə, böyük resursların bu işə cəlb olunmasına, təşkilati və kadr çətinliklərinə səbəb olur, bankların işində artıq gərginlik yaradır, riskləri yüksəldir, bank kredit əməliyyatlarına mənfi təsir edir və ümumilikdə iqtisadi inkişafa mane olur: «Bu mənada belə məhkəmə prosesləri ümumiyyətlə iqtisadi inkişafa həddən artıq zərər verir».

Qeyd edək ki, girovların realizasiyası, bunun üçün tələb olunan müddət və xərclər, bu sahədə görülən işlər və girov mexanizminin təkmilləşdirilməsi üzrə hazırlanan təkliflər ötən həftə Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Banklar Asossiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası, bank sektoru və biznes icmasının nümayəndələrinin iştirakı ilə keçirilən geniş müşavirədə də müzakirə edilib.

Artıq bu məsələnin həlli ilə bağlı ciddi dəyişikliklər gözlənilir. ABA prezidentinin sözlərinə görə, Mərkəzi Bank girovların banka keçməsi məsələlərinin tənzimlənməsi ilə bağlı yeni sənəd hazırlayıb. Sənədə əsasən, girovlarla bağlı məsələnin həllini tapması üçün maksimum 6 ay müddət müəyyənləşdirilib: «Yəni, uzağı 6 ay ərzində bilinəcək ki, girov banka çatır, ya çatmır». Bundan başqa, həmin sənədə görə, bu prosesin həyata keçirilməsi üçün sərf edilən vəsait girovun qiymətinin 5%-dən artıq olmamalıdır.

Xatırladaq ki, bəzi hallarda bu məbləğ girovun dəyərinin 15-20%-nə çatır. Artıq bu təlimat hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara göndərilib.

Qeyd edək ki, tutmanın ipotekaya yönəldilməsi prosesinin təkmilləşdirilməsi barədə müvafiq dövlət qurvmlarına tapşırıq prezident İlham Əliyevin 2011-ci il dövlət büdcəsinin təsdiq edilməsi haqqında fərmanında da əksini tapıb. Fərmanda Ədliyyə Nazirliyinə tapşırılıb ki, Mərkəzi Bank və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın dövlət qeydiyyatı, bu əmlaka tələbin yönəldilməsi və onun satışı mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR