Bank Of Baku

Azərbaycanda törəmə maliyyə əqdlərinin stimullaşdırılması təklif olunur

Azərbaycanda törəmə maliyyə əqdlərinin stimullaşdırılması təklif olunur
# 14 fevral 2011 14:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dünyada artıq geniş istifadə edilən forvard, fyuçers, svop və opsionlar kimi maliyyə əqdləri bazarının davamlı inkişafı üçün aydın tənzimlənmə mexanizminin mövcud olması zəruridir. «APA-Economics»in məlumatına görə, bunu «Deloitte&Touche» beynəlxalq audit və konsaltinq şirkətinin Vergi və hüquq Departamentinin partnyoru Nuran Kərimov bildirib.

N.Kərimov vurğulayıb ki, qanunvericiliyin bu sahədə inkişafı maliyyə bazarının peşəkar iştirakçılarının fəaliyyətinin asanlaşmasına öz töfhəsini verəcək.

Qeyd edək ki, forvard, fyuçers, svop və opsionlar kimi maliyyə alətləri Azərbaycanda hələ də geniş yayılmayıb. Bu alətlər adətən valyuta və fond bazarlarında istifadə olunur, onlar üzrə baza kimi xammal və onların qiymətləri çıxış etdikdə isə bu qiymətli kağızların xammal bazarında da geniş istifadəsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR