Bank Of Baku

«Bank Avrasiya» bazara iki yeni əmanət məhsulunu çıxarıb

«Bank Avrasiya» bazara iki yeni əmanət məhsulunu çıxarıb
# 14 fevral 2011 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC müştərilərə «Klassik» və «Yığım» əmanət növlərini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Klassik» əmanət növündə müştəri öz vəsaitini illik 14%-lə yerləşdirmək və ehtiyac yarandıqda əmanət müddətini artmaq kimi üstünlüklər əldə edə bilər. «Yığım» əmanəti müştərilərə vəsaiti məqsədyönlü olaraq yığmaq imkanı ilə yanaşı, heç bir məhdudiyyət olmadan və istənilən zaman əmanət məbləğini artırmaq və əmanət məbləğinə kapitallaşmanı tətbiq etmək kimi bir sıra imkanlar yaradır. Müştərilər «Klassik» və «Yığım» məhsulları üzrə öz vəsaitlərini 6, 12 və 24 ay müddətinə manat, dollar və ya avroda yerləşdirə bilər.

Müştərilərin rahatlığını nəzərə alaraq, «Bank Avrasiya» əmanət yerləşdirmiş hər bir şəxsə pulsuz plastik kart da təqdim edir. Bundan başqa, əmanətçilər üçün yerləşdirilmiş əmanətlərin 80%-ə qədər məbləğdə kredit xətti də açılır.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR