Bank Of Baku

Yanvarda Azərbaycanda iqtisadi inkişaf 0,8% olub

Yanvarda Azərbaycanda iqtisadi inkişaf 0,8% olub
# 14 fevral 2011 14:26 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yanvarda istehsal olunmuş ÜDM-in həcmi 0,8% artıb.

Əlavə dəyərin 63,2%-i məhsul istehsalı sahələrində, 29,7%-i xidmət sahələrində istehsal olunub, 7,1%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM-in həcmi 382,7 manat (479,9 ABŞ dolları) olub, bu da 2010-cu ilin yanvar ayı ilə müqayisədə 5,8% çoxdur.

Əlavə dəyərin 41%-i qeyri-neft sektorunda istehsal olunub və ötən ilin yanvarı ilə müqayisədə 6,6% artıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə iqtisadiyyatının 3,8% artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2011-ci ildə ÜDM-in artım tempinin 1,8%, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR