Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8%-i keçib

Azərbaycanda illik inflyasiya 8%-i keçib
# 14 fevral 2011 14:42 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,8% bahalaşıb, xidmət tarifləri 0,5% ucuzlaşıb. Yanvarda ərzaq məhsullarından makaron, vermişel, toyuq budu, pendir, yumurta, dondurulmuş balıq, kələm və s. qiymətləri ucuzlaşıb.

Qeyri-ərzaq mallarından qadın üçün dəridən plaş və gödəkçə, uzunqol köynək, nitro boyaları, kərpic, sement və s. qiymətləri ucuzlaşıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 6%, Asiya İnkişaf Bankı isə 4% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə isə, bu il inflyasiyanın səviyyəsi 5% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR