Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin kəsiri ötən il 50% artıb

Azərbaycan dövlət büdcəsinin kəsiri ötən il 50% artıb
# 14 fevral 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dövlət büdcəsinə 11,4 mlrd. manat vəsait daxil olub, büdcədən isə 11,8 mlrd. manat məbləğində vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə büdcənin gəlirləri ilə xərcləri arasında 363,5 mln. manatlıq kəsir yaranıb ki, bu da ümumi daxili məhsulun 0,9%-nə bərabərdir.

Qeyd edək ki, 2009-cu illə müqayisədə dövlət büdcəsinin gəlirləri 10,7%, xərcləri 11,3%, kəsir isə 50,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR