Bank Of Baku

«Turanbank» beynəlxalq əməkdaşlığı genişləndirir

«Turanbank» beynəlxalq əməkdaşlığı genişləndirir
# 15 fevral 2011 09:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən «Azərbaycanda rəqabət qabiliyyətliyi və ticarətin inkişafı Layihəsi»nin icrasında iştirak edən təşkilatların sırasına daxil olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, ticarətin liberallaşdırılması və aqrar sektorun inkişafına dəstəyin verilməsidir.

Layihənin müddəti üç il, «Turanbank»a göstərilən texniki yardım isə iki il ərzində iki mərhələdə həyata keçiriləcək. Bankın layihədə iştirakı çərçivəsində aqrar sektor üçün kredit məhsullarının təkmilləşdirilməsi və kredit mütəxəssislərinin fermerlərin bizneslərinin qiymətləndirilməsi və monitorinqi üzrə peşəkarlığı və texniki biliklərinin artırılmasından ibarətdir. Layihə çərçivəsində həmçinin bankın törəmə təşkilatı olan «Turanlizinq»in lizinq məhsullarının təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda «Turanbank» ASC həmçinin Beynəlxalq Maliyyə Korporasiyasının Korporativ idarəetmə və risklərin idarə edilməsi üzrə layihələrində iştirak edir.

Xatırladaq ki, 2011-ci il yanvar ayının 1-nə «Turanbank»ın aktivləri 131,5 mln. manat, kredit portfeli 104 mln. manat, depozit portfeli 44,2 mln. manat, məcmu kapitalı 23,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Ötən ili bank 2,9 mln. manat mənfəətlə başa vurub.

Təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR