Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 15 fevral 2011 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Turanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Turanbank»ın artıq fevral ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 10% artaraq 22 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 131,5 mln. manat, kredit portfeli 104 mln. manat, depozit portfeli 44,2 mln. manat, məcmu kapitalı 23,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR