Bank Of Baku

Azərbaycanda Sərhəd Məcəlləsi qəbul oluna bilər

Azərbaycanda Sərhəd Məcəlləsi qəbul oluna bilər
# 15 fevral 2011 10:46 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək Layihəsi»nin Aəzrbaycan üzrə meneceri Məzahir Əfəndiyev bildirib.

M.Əfəndiyev qeyd edib ki, 2007-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub və burada sərhədlərin təhlükəsizliyi ilə bağlı xüsusi müddəa var: «Lakin bu gün hesab edirik ki, Azərbaycanda sərhəd idarəçiliyi məsələlərini daha da təkmilləşdirmək üçün Şengen ölkələrinin təsdiq etdiyi yanaşmanın öyrənilməsinə böyük zərurət var. Bu səbəbdən də Azərbaycan hökumətinin qərarından asılı olaraq sərhədlərin təhlükəsizliyi ilə bağlı Sərhəd Məcəlləsinin hazırlanması məsələsi gündəlikdədir».

Xatırladaq ki, hazırda reallaşdırılan «Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək Layihəsi» bölgə dövlətlərində sərhəd-nəzarət sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. M.Əfəndiyevin sözlərinə görə, məhz bu layihə çərçivəsində bəzi normativ sənədlər mütləq inkişaf etdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR