Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına gəlirləri yanvarda 13% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri yanvarda 13% artıb
# 15 fevral 2011 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhalinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 212,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən cari ilin ilk ayı ərzində əldə edilmiş 1,9 mlrd. manatlıq gəlirin 78,6%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 10,6%-i isə yığıma yönəldilib. Ümumiyətlə, əhalinin gəlirləri yanvar ayında 2010-cu ilin analoji dövrünə nisbətən 14,3% artıb.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 1,7 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 15,5% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR