Bank Of Baku

«Texnikabank» nizamnamə kapitalını artırır

«Texnikabank» nizamnamə kapitalını artırır
# 15 fevral 2011 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Texnikabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 11 070 ədəd, emissiyanın ümumi həcmi isə 11,070 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Texnikabank»ın artıq fevral ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 20,6% artaraq 64,755 mln. manata çatacaq.

Qeyd edək ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin fevralın 1-nə bankın aktivlərinin həcmi 496,880 mln. manat, depozit portfeli 247,061 mln. manat, kredit portfeli 368,085 mln. manat, məcmu kapitalı 64,545 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,685 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR