Bank Of Baku

Avrozonanın iqtisadiyyatı ötən il 1,7% artıb

Avrozonanın iqtisadiyyatı ötən il 1,7% artıb
# 15 fevral 2011 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonaya daxil olan ölkələrin iqtisadiyyatı 2010-cu ildə 1,7% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Eurostat” açıqlama yayıb.

Ötən ilin IV rübündə avrozonanın iqtisadiyyatı 0,3% artıb. Halbuki analitiklər bu göstəricinin 0,4% olacağını proqnozlaşdırırdılar. Avropa İttifaqına üzv olan 27 ölkədə iqtisadi artım daha az - 0,2% olub.

Ümumilikdə avrozona ölkələrinin statistikası Yunanıstan istisna olmaqla qənaətbəxş sayılır. Dərin böhran yaşayan bu ölkədə ötən ilin heç bir rübündə iqtisadi artım qeydə alınmayıb. Avrozonanın digər “zəif bəndi” Portuqaliyada ard-arda iki rüb iqtisadi artım (0,2%) qeydə alınsa da, sonuncu rübdə 0,3% azalma müşahidə olunub. Avrozonanın daha bir başağrısı olan İspaniyada isə sonuncu rübdə 0,2% artım qeydə alınıb.

Avrozonada ÜDM-in artımına görə lider isə Baltikyanı ölkələr olub. Onlar böhranı ağır keçirdiklərindən, geridə qalmış itkiləri kompensasiya etməyə çalışırlar. Nəticədə Estoniyada 2,3%, Litvada 1,7%, Latviyada isə 1,1% iqtisadi artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR