Bank Of Baku

BVF: Bu il Azərbaycanda iqtisadi artım 2,8% təşkil edəcək

BVF: Bu il Azərbaycanda iqtisadi artım 2,8% təşkil edəcək
# 15 fevral 2011 12:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnozu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamenti rəhbərinin müavini, Azərbaycan üzrə missiyasının başçısı Nadim İlahi bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

N.İlahinin sözlərinə görə, bu il inflyasiyanın səviyyəsi 10%-ə çata bilər ki, bunun da əsas səbəbi dünyada ərzaq məhsullarının bahalaşması ilə bağlıdır. N.İlahinin fikrincə, 2011-ci ildə dünyada ərzaq məhsullarının qiymət artımı 16%-ə çata bilər.

Ötən ilin yekunlarına toxunan N.İlahi bildirib ki, 2010-cu ildə Azərbaycanda dünya iqtisadi böhranından bərpası prosesi davam edib, qeyri-neft sektorunda iqtisadi artım yüksək olub, dövlət investisiya xərcləri nəzarət altında qalıb, inflyasiya isə ilk növbədə dünya bazarlarında ərzaq məhsullarının bahalaşması nəticəsində yüksək səviyyədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR