Bank Of Baku

BVF Azərbaycana bu il də büdcə xərclərini məhdudlaşdırmağı tövsiyə edir

BVF Azərbaycana bu il də büdcə xərclərini məhdudlaşdırmağı tövsiyə edir
# 15 fevral 2011 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda dövlət büdcəsinin icrası proqnozlara adekvat olub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Beyənlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, neft gəlirlərindən maliyyələşən büdcə ekspansiyası son illərdə qeyri-neft sektorundakı artımın əsas aparıcı qüvvəsi olub. Lakin iqtisadiyyatın hərarətinin yüksəlməsi ilə bağlı olan artan risklər 2011-ci ildə ehtiyatlı siyasətin həyata keçirilməsini tələb edir: «Ötən il xərclərin məhdudlaşdırılması qeyri-neft kəsirinin gözləniləndən daha az olması ilə nəticələnib, bu isə öz növbəsində inflyasiya səviyyəsini məhdudlaşdırmağa kömək edib».

BVF rəsmisi Azərbaycana 2011-ci ildə də büdcə xərclərini məhdudlaşdırmağı tövsiyə edir və rəsmi orqanların büdcə xərclərini iqtisadiyyatın xərcləri mənimsəmə imkanlarına uyğunlaşdırmaq niyyətini alqışlayır: «Hətta yeni karbohidrogen ehtiyatları perspektivi gerçəkləşərsə, ortamüddətli dövrdə büdcənin davamlılığını təmin etmək tələb olunur. Buna nail olmaq üçün qeyri-neft gəlirləri artırılmalı, dövlət xərclərinin effektivliyi yüksəldilməli və özəl qeyri-neft sektorunun inkişafının davam etməsi üçün şərait yaradılmalıdır».

N.İlahi həmçinin bilidirib ki, Azərbaycan özünü maliyyələşdirə biləcək qeyri-neft sektorunun yaradılmasına nail olmalıdır: «Ölkədə aparılan antiinhisar siyasəti Fond tərəfindən yüksək qiymətləndirilir. Bu addım ölkəni investisiya baxımından cəlbedici edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR