Bank Of Baku

BVF: Azərbaycanın məzənnə siyasətində bivalyuta səbəti prinsipindən imtina etməsi düzgün addımdır

BVF: Azərbaycanın məzənnə siyasətində bivalyuta səbəti prinsipindən imtina etməsi düzgün addımdır
# 15 fevral 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnə siyasətində bivalyuta səbəti prinsipindən imtina etməsi düzgün addımdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Beyənlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, Fond AMB-nin məzənnə siyasətinin çevikliyinin artırırmasını müsbət qiymətləndirir: «Bu il iqtisadiyyatın hərarətinin yüksəlməsini göstərən əlamətlər pul-kredit siyasətinin sərtləşdirilməsini tələb edir. Bu yaxınlarda Mərkəzi Bankın intervensiya dərəcəsini yüksəltməsi və daha çevik məzənnə siyasətinə keçidi düzgün tədbirlərdəndir və bu addımlara paralel olaraq iqtisadi siyasət tədbirləri daha sıx əlaqələndirilməli, inflyasiya hədəfinin təyin edilməsi sisteminə keçilməlidir. Həmçinin, bank sisteminin məzənnə risklərinin öhdəsindən gəlmə bacarığı yaxşılaşdırılmalıdır. Fond AMB-nin likvidliyi sterilizasiyası ilə bağlı planlarını alqışlayır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR