Bank Of Baku

BVF: Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı qabaqcıl ideyalara malikdir

BVF: Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı qabaqcıl ideyalara malikdir
# 15 fevral 2011 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) rəsmi orqanların Azərbaycan Beynəlxalq Bankını (ABB) restrukturizasiyadan sonra özəlləşdirmək niyyətini dəstəkləyir və maliyyə sabitliyinin təmin edilməsi üçün həmin bankda tənzimləmə proseslərini başlamaq üçün ölkə hökumətini təcili tədbirlər görməyə çağırır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan BVF-nin ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda səfərdə olan Fondun missiyası hökumətlə keçirdiyi görüşlərdə ABB-nin özəlləşdirilməsi ilə bağlı məsələləri də müzakirə edib: «Hazırda Azərbaycan hökumətində Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsi müzakirə olunur. Konkret vaxt hələ məlum olmasa da, Azərbaycan hökuməti bu istiqamətdə qabaqcıl fikir və ideyalara malikdir. Bankın özəlləşdirilməsi ilə bağlı Azərbaycan minimal risklərə əsaslanır və optimal variantlar axtarır».

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR