Bank Of Baku

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait yanvarda 1,7% artıb

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait yanvarda 1,7% artıb
# 15 fevral 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 432 mln. manat vəsait yönəldilib, onun 53,7%-i və ya 231,8 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf eilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 1,7%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 0,5% çox olub.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 232,6 mln. manat, qeyri-dövlət müəssisələri 199,4 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 238,9 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 193,1 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 62,5%-ni daxili, 37,5%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 69,5%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 30,5%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Eyni zamanda, 2011-ci ilin ilk ayında dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 108,6 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 250,7 mln. manat (ümumi vəsaitin 58%-i), bank kreditləri 46,8 mln. manat (10,8%-i), büdcə vəsaitləri 113,3 mln. manat (26,2%-i), büdcədənkənar fondların vəsaitləri 7,5 mln. manat (1,8%-i), əhalinin şəxsi vəsaitləri 13,7 mln. manat (3,2%-i) təşkil edib.

Cari ilin yanvar ayı ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 53,2%-i sənaye sahələrinin inkişafına, 2,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 0,1%-i ticarətə, 24,4%-i nəqliyyat və anbar təsərrüfatına, 0,6%-i informasiya və rabitəyə, 2,4%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,5%-i maliyyə və sığorta fəaliyyətinə, 10,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,6%-i mənzil tikintisinə), 0,9%-i dövlət idarəetməsinə, 1,3%-i təhsilə, 0,4%-i səhiyyəyə, 3,2%-i istirahət, əyləncə və incəsənətə, 0,2%-i inzibati və yardımçı xidmətlərin, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə, 0,3%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 232,5 mln. manatı (53,8%-i) qeyri-neft bölməsinin, o cümlədən 30,2 mln. manatı (7%-i) qeyri-neft sənayesi bölməsinin, 199,5 mln. manatı (46,2%-i) neft bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayında ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 82,1 min kv. metr olan yeni yaşayış evləri istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR