Bank Of Baku

Azərbaycan maliyyə sisteminin qiymətləndirilməsi aparılacaq

Azərbaycan maliyyə sisteminin qiymətləndirilməsi aparılacaq
# 15 fevral 2011 14:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Beyənlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, Azərbaycan və BVF arasında ölkədə maliyyə sisteminin yeni qiymətləndirməsinin aparılmasına dair ümumi razılıq mövcuddur: «Yaxın vaxtlarda Azərbaycan rəsmən qiymətləndirmənin aparılması üçün BVF-yə müraciət edəcək».

Bundan başqa N.İlahi bildirib ki, Azərbaycanın maliyyə sistemi qlobal böhranın öhdəsindən gəlib və bu yaxınlarda rəsmi orqanlar tərəfindən nəzarətin gücləndirilməsi üçün bir sıra addımlar atılıb: «Maliyyə sisteminin likvidlik və kapitalizasiya səviyyəsi adekvat olsa da, özəl sektora verilən kreditlərin artım tempi aşağı səviyyədədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR