Bank Of Baku

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yatırılan sərmayə 30% azalıb

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yatırılan sərmayə 30% azalıb
# 16 fevral 2011 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 161,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkənin əsas kapitalına xarici mənbələrdən yönəldilən vəsaitin həcmi ötən ilin yanvar ayına nisbətən 30% azalıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2011-ci ilin yanvar ayı ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 121,9 mln. manatı (75,3%-i) Böyük Britaniya (66 842,2 min manat), ABŞ (25 520,1 min manat), Yaponiya (12 281,6), Norveç (6 938,3 min manat), Türkiyə (5 502,8 min manat), Koreya (4 787,8 min manat) və İsveçrə (425,4 min manat) investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR