Bank Of Baku

Dünya Bankı: Ərzaq məhsullarının bahalaşması bir çox ölkələrdə siyasi situasiyanı destabilləşdirə bilər

Dünya Bankı: Ərzaq məhsullarının bahalaşması bir çox ölkələrdə siyasi situasiyanı destabilləşdirə bilər
# 16 fevral 2011 08:12 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya Bankının (DB) rəhbəri Robert Zellik ərzağın qiymətlərinin təhlükəli həddə çatdığını bəyan edərək, bu qiymətlərin daha da artacağını bildirib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, R.Zellik qeyd edib ki, bunun nəticəsi bütün dünyada milyonlarla insanın yoxsulluq həddində olması və bir çox ölkələrdə siyasi situasiyanın destabilləşməsi ola bilər.

Onun sözlərinə görə, ərzaq məhsullarının bahalaşması daha çox inkişaf etməkdə olan ölkələrin əhalisinə zərər vurub: “Onlar qazanclarının ən azı yarısını qidaya sərf edirlər”.

R.Zellikin fikrincə, ayrı-ayrı məhsulların ixracına qadağa qoyulması və bəzi ölkələrdəki təbii fəlakətlər ərzağın qiymətlərinin daha da artmasına səbəb olacaq.

Qeyd edək ki, DB-nin hesabatına əsasən, 2010-cu ildə dünyada ərzağın qiymətləri bir il əvvəlki dövrlə müqayisədə 29% artıb. Nəticədə dünyada 44 mln. insan yoxsulluq həddinə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR