Bank Of Baku

«Azərpoçt» 5 ildən sonra əhaliyə istehlak kreditləri verə bilər

«Azərpoçt» 5 ildən sonra əhaliyə istehlak kreditləri verə bilər
# 16 fevral 2011 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin əhaliyə istehlak kreditlərinin verilməsinə başlaması məsələsinə 5 ildən sonra baxıla bilər.

Bu barədə «APA-Economics»ə Nazirliyin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin poçt sektorunun rəisi Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, «Poçt haqqında» qanuna edilən dəyişikliklərdə kreditin verilməsinə dair məsələlərə baxılmayıb: «Riskli xidmət olduğundan, buna bir qədər vaxt lazım olacaq. Fikrimcə, «Azərpoçt» öz əməkdaşlarını bank mütəxəssisləri kimi hazırlamalıdır. Növbəti illərdə isə hər hansı bankla əməkdaşlıq edib mikrokreditlər verə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR