Bank Of Baku

ABŞ-ın bəzi ştatları öz valyutasını buraxa bilər

ABŞ-ın bəzi ştatları öz valyutasını buraxa bilər
# 16 fevral 2011 09:45 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Cənubi Karolina ştatı mərkəzi hökumətdən müstəqilliyini gücləndirmək siyasətini davam etdirir.

APA-Economics”in xəbərinə görə, respublikaçı senator Li Brayt dövriyyəyə yeni valyuta buraxmağı təkli edib.

“Əgər insanlar dollara inamlarını itirirlərsə, biz özümüzü sığortalamalıyıq” - deyə senator qeyd edib.

Bu ideyanın tərəfdarları hesab edirlər ki, yeni pulların buraxılması növbəti maliyyə böhranı zamanı Federal Ehtiyatlar Sistemi iflasa uğrayarsa, ştata ciddi iqtisadi itkilərdən yayınmaq imkanı verəcək.

ABŞ qanunvericiliyi də ştatlara öz valyutasını buraxmaq hüququ verdiyindən, yaxın vaxtlarda Cənubi Karolina öz pulunu - qızıl və gümüş sikkələri dövriyyəyə buraxan ilk ştat ola bilər. Eyni zamanda Virciniya, Corciya və Missuri ştatları da analoji təşəbbüslərlə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR