Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti yazı müsabiqəsi keçirir

«Atəşgah Sığorta» şirkəti yazı müsabiqəsi keçirir
# 16 fevral 2011 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti» mövzusunda KİV işçiləri arasında yazı müsabiqəsi elan edib.

«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə şirkətin marketinq şöbəsinin rəisi Aydın Əhmədzadə bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ən yaxşı jurnalist işinin təşviqi və seçilməsi, mətbuat nümayəndələrinin bilik səviyyəsinin yüksəldilməsi, cəmiyyətin diqqətinin «İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanuna yönəltmək və bu sahədə maarifləndirmə işinin aparılmasıdır.

A.Əhmədzadənin sözlərinə görə, müsabiqə iki nominasiya üzrə («Ən yaxşı məqalə» və «Ən yaxşı müsahibə») keçirilir. «Hər bir müəllif bir neçə yazı təqdim edə bilər, artıq çap olunmuş işlər müsabiqəyə qəbul edilməyək. Müsabiqənin qalibləri isə mart ayının 7-də şirkətin baş ofisində keçiriləcək tədbirdə elan ediləcək. Azərbaycan və rus dillərində yazılacaq jurnalist işləri informasiya dolğunluğu, obyektivlik, problemin işıqlandırılması kimi amillər əsasında qiymətləndiriləcək», - deyə A.Əhmədzadə bildirib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir. Ötən il şirkətin topladığı sığorta haqları 14,57 mln. manat, ödənişləri isə 5,26 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR