Bank Of Baku

Bakıda maliyyə savadlığına həsr olunmuş simpozium keçirilib

Bakıda maliyyə savadlığına həsr olunmuş simpozium keçirilib
# 16 fevral 2011 10:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Bank Tədris Mərkəzi və Almaniya Əmanət Kassalarının Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə maliyyə savadlığına həsr olunmuş simpozium keçirilib. «APA-Economics»in məlumatına görə, simpoziumda çıxış edən Fondun nümayyəndəsi İlonka Rühle maliyyə savadlığın artırılmasının əhali və maliyyə sektoru üçün vacibliyi və Almaniyanın bu sahədə təcrübəsi barədə məlumat verib.

İ.Rühlenin sözlərinə görə, əhali arasında maliyyə savadlığının artırılması banklar üçün müştərilərin ödəmə qabiliyyətinin aşağı düşməsi risklərinin azalmasına, müştərilərin banklara cəlb olunmasına xidmət edir. Bundan başqa, maliyyə savadının artırılması banklara məhsul çeşidini genişləndirməsinə və müştərilərin tələbatının təmin edilməsinə imkan verir. Ümumulikdə, İ.Rühle maliyyə savadlığının artırılması ilə əhalinin şəxsi və ailə büdcələrinin səmərəli idarə etməsinə xidmət edir ki, bu da öz növbəsində bankların potensial maliyyə resurs bazasını genişləndirir.

Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev isə öz çıxışında bildirib ki, maliyyə savadlığı ilk növbədə əhalinin bank sistemi, sığorta və lizinq bazarları haqqında məlumatlandırılması baxımından çox vacibdir.

Azərbaycan Mərkəzi Bankı Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov öz çıxışında daha çox AMB tərəfindən maarifləndirmə və təhsil sahəsində görülən və görüləcək işlər barədə danışıb. E.Hüseynov bildirib ki, bu sahədə AMB bir neçə tədbir həyata keçirmək niyyətindədir ki, bunların arasında virtual bank laboratoriyası, elektron bank işi universiteti, kitabxananın yaradılması və bu kimi digər işlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR