Bank Of Baku

Conatan Knaus: «Western Union»un Azərbaycanda nümayəndəliyinin açılması məsələsi gündəmdə deyil»

Conatan Knaus: «Western Union»un Azərbaycanda nümayəndəliyinin açılması məsələsi gündəmdə deyil»
# 16 fevral 2011 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Western Union» beynəlxalq ödəniş təşkilatının Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı məsələ gündəmdə deyil. Bu barədə «APA-Economics»ə «Western Union»un Şərqi Avropa və MDB ölkələri üzrə regional vitse-prezidenti Conatan Knaus (Jonathan Knaus) məlumat verib.

Onun sözlərinə görə, hazırda «Western Union»un regional strukturları fəaliyyət göstərir və eyni zamanda şirkət Azərbaycanda tərəfdaş bank təşkilatları ilə əməkdaşlıq edir: «Hazırda «Western Union»un Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı məsələ gündəmdə deyil, lakin bu məsələ müzakirə üçün açıqdır».

Qeyd edək ki, hazırda «Western Union»un Özbəkistan və Rusiyada regional nümayəndəlikləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR