Bank Of Baku

«Parabank», «GoldenPay» və «MilliKart» arasında üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanıb

«Parabank», «GoldenPay» və «MilliKart» arasında üçtərəfli  əməkdaşlıq müqaviləsi bağlanıb
# 16 fevral 2011 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Agent Pay» sisteminə qoşulmaq məqsədi ilə «GoldenPay» şirkəti və «MilliKart» Prosessinq Mərkəzi ilə üçtərəfli müqavilə bağlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Agent Pay» sisteminin köməyi ilə «Parabank» təklif etdiyi ödəniş xidmətlərinin siyahısını da genişləndirib. Belə ki, «Azercell», «Bakcell», «NarMobile», «Azeriqaz», «Bakıelektrikşəbəkə», «Azərsu» üzrə ödənişlərdən əlavə «Agent Pay» sistemi vasitəsi ilə müştərilər «Azerfon-Vodafon», «Fonex», «Aztelekom», BTRİB, «Catel», «Azdatakom» və «Bakinternet» üzrə ödənişləri də həyata keçirə bilər.

Bankın Biznesin inkişafı və marketinq Departamentinin direktoru Fərid Dadaşovun sözlərinə görə, hazırda bank «Adanet», «Azeronline» və s. təşkilatların xidmətlərindən istifadəyə görə ödənişlərin həyata keçirilməsi üçün müvafiq işlər görür və yaxın gələcəkdə müştərilərə yeni növ xidmətləri təqdim etməyə hazırlaşır. «Bu müqavilənin imzalanması bizim üçün əlavə xidmətlərin əldə edilməsinə imkan yaradıb. Müştəri məmnunluğunu və xidmət keyfiyyətini üstün tutan «Parabank» daim müştərilərə rahatlıq yaradan və ən əsası sərfəli şərtlərlə bütün növ bank xidmətlərini təqdim edir», - deyə F.Dadaşov bildirib.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR