Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 12%-i ötüb

İTM: Azərbaycanda illik inflyasiya 12%-i ötüb
# 16 fevral 2011 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidələr nəticəsində məlum olub ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,73% artıb. Bu müddətdə Bakıda qiymətlər 2,24%, regionlarda isə 1,23% artıb. İllik inflyasiya isə 12,18% təşkil edib.

Yanvar ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (25,76%), fındıq (10,67%), quru noxud (5,85%), şəkər tozu (3,20%), qeyri-ərzaq məhsullarından qadın üçün qış şərfində (10,87%), ən çox ucuzlaşma xidmətlərdən hava sərnişindaşıma nəqliyyatı (respublika daxilində) (26,69%), ərzaq məhsullarından yer pomidoru (5,66%), peçenyedə (4,80%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR