Bank Of Baku

«Azərpoçt»un «Western Union» sisteminə qoşulması pulköçürmə əməliyyatlarını 10% artıracaq

«Azərpoçt»un «Western Union» sisteminə qoşulması pulköçürmə əməliyyatlarını 10% artıracaq
# 16 fevral 2011 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin «Western Union» beynəlxalq ödəniş sisteminə qoşulması pulköçürmə əməliyyatlarını təxminən 10% artıracaq. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin poçt sektorunun rəisi Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə «Azərpoçt» MMC-nin poçt vasitəsilə pul köçürmələrinin həcmi 40%, son 10 il ərzində isə 6 dəfə artıb: «Yeni pulköçürmə sisteminə qoşulma «Azərpoçt» üçün əlavə imkanlar yaradacaq və bu xidmətdə təxminən 10%-lik artım gözlənilir».

Qeyd edək ki, «Azərpoçt» MMC-nin 1200 poçt şöbəsi «Western Union» sistemi üzrə pulköçürmə xidmətləri göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR