Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 62% artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 62% artıb
# 16 fevral 2011 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanın hüquqi və fiziki şəxslərinə 9 163,4 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% çox kreditlər verilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, verilmiş kreditlərin 42,6%-i dövlət, 55,3%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən təqdim edilib. Verilmiş kreditlərin 72%-ni uzunmüddətli kreditlər təşkil edib, 5,4%-nin isə ödəmə vaxtı keçib.

Uzunmüddətli kreditlərin həcmi 9,1%, qısamüddətli kreditlərin həcmi 8,8%, vaxtı keçmiş kreditlərin həcmi isə 62,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR