Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsinə investisiya fondları da cəlb olunacaq
ASK-nın prezidenti Məmməd Musayev «APA-Economics»ə açıqlamasında bildirib ki, tədbirdə sahibkarların kreditləşdirilməsi üçün borcalan qrupları üsulunun genişləndirilməsi qərara alınıb. Qeyd edək ki, hazırda bəzi banklar və qeyri-bank kredit təşkilatları regionlarda sahibkarların kreditləşdirilməsi üçün borcalan bu üsuldan istifadə edir. Bununla yanaşı, toplantıda banklara bu praktikanın daha da genişləndirilməsi tövsiyə edilib.
ASK rəhbərinin sözlərinə görə, böhranın təsirinin güclü olduğu iki il əvvəlkindən fərqli olaraq, indi ölkə banklarının likvidliyi yüksəkdir və burada sərbəst vəsaitlərin həcmi böyükdür: «Banklar bu vəsaitləri bazara çıxarmaq üçün belə - borcalan qruplar üsullarına getməyə məcburdur».
Bu işlərin sürətlənməsi üçün Mərkəzi Bank banklara regionlarda filiallarını açmağa kömək edəcək: «Yəni, məsələn, indiyədək regionlarda bank filialının açılması üçün müraciətlərə baxılması müəyyən vaxt aparırdısa, indi bu iş tezliklə həll olunacaq».
Aqrar sahənin kreditləşməsini gücləndirmək üçün digər istiqamət kredit ittifaqlarının xətti ilə sahibkarlara verilən mikrokreditlərin artırılması, eləcə də bu prosesə yardım üçün kredit ittifaqlarının gücləndirilməsi olacaq. Hazırda ölkədə 80-ə yaxın kredit ittifaqının olduğunu bildirən M.Musayevin sözlərinə görə, onların maddi-texniki bazasının gücləndirilməsi, texniki yardım göstərilməsi nəzərdə tutulur: «Əsas məqsəd odur ki, nəinki bütün rayonlar, hətta bütün kəndlər maliyyə resurslarına çıxış əldə etsin».
M.Musayev bildirib ki, AMB bu məsələyə də təşkilati dəstək göstərməyə hazırdır: «Regionlarda kredit ittifaqı yaratmaq istəyən olsa, Mərkəzi Bankın İdarə Heyəti bu məsələlərə daha tez baxacaq». Məlumat üçün bildirilib ki, artıq Mərkəzi Bankın rəhbərliyi bu məsələlərin baxılmasının sürətləndirilməsi üçün özünün müvafiq qurumlarına göstəriş verib. Paralel olaraq yeni kredit ittifaqlarının yaranmasının həvəsləndirilməsi üçün ölkə sahibkarları arasında təbliğat işi aparılacaq. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya İnkişaf Təşkilatı kimi qurumların köməyindən istifadə olunacaq.
Toplantıda banklara aqrar sahənin maliyyələşdirilməsi üçün kredit faizlərinin aşağı salınması da tövsiyə olunub. Ölkədə maliyyə sabitliyinin yarandığını, illik inflyasiyanın isə birrəqəmli olduğunu bildirən M.Musayevin sözlərinə görə, bu şərait banklara kredit faizlərini aşağı salmaq üçün imkan yaradacaq. Hazırda kredit faizlərinin 18-21% arasında dəyişdiyini bildirən ASK rəhbəri bu rəqəmin 15-18%-ə enməsini real sayır: «Bu da məhsulun maya dəyərinin aşağı düşməsinə və rəqabət qabiliyyətinin artmasına kömək edəcək».
Yaxın vaxtlarda Azərbaycanda aqrar sahənin maliyyələşdirilməsi məqsədilə ölkə iqtisadiyyatı üçün yenilik olan – investisiya fondlarından istifadəyə başlana bilər. Toplantıda ölkədə investisiya fondlarının yaradılması, eləcə də xarici investisiya fondlarının ölkəyə cəlb olunması məsələləri də müzakirə edilib. Qeyd edək ki, Azərbaycanda investisiya fondlarının yaradılması və fəaliyyəti üçün hüquqi baza artıq mövcuddur. Müzakirələrdə bildirilib ki, investisiya fondlarının bu prosesə qoşulması kənd təsərrüfatı müəssisələrini faiz xərclərindən ümumiyyətlə azad edə bilər: «İnvestisiya fondları aqrar sahəyə investisiya qoya və sonra əldə olunan mənfəətdən payını götürə bilər». Toplantıda Mərkəzi Bank və iri banklar belə fondların yaranması imkanlarını da müzakirə ediblər.
Maliyyə
Mərkəzi Bank: İlin sonunadək ESG risklərini əhatə edən yeni makroprudensial alətlər hazırlanacaq
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları başlayıb - FOTO - YENİLƏNİB
Xəbər Lenti
Mərkəzi Bank: İlin sonunadək ESG risklərini əhatə edən yeni makroprudensial alətlər hazırlanacaq
"OneAgrix AG": Halal ticarətində əsas problem tələbat deyil, etimaddır
Avropa Azərbaycan Məktəbində süni intellektlə bağlı tədbir keçirilib - FOTO
Sabah 35 dərəcə isti olacaq
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
MATRADE: Malayziyanın halal sektorunun uğuru güclü ekosistem və dövlət siyasətinə əsaslanır
“Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimatı olub
İH başçısı: Qubada meyvələrin saxlanması üçün 58 min ton tutumu olan 25 soyuducu anbar var
DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib
ICESCO: Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur
Abşeronda alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
FAO: Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi artımı gücləndirmək üçün islahatlar keçirilir
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
Zeynal Nağdəliyev: Əsas hədəf aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır
Prezidentin köməkçisi: Pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıqda istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb
Əraqçi ABŞ-la yekun razılaşma üzrə danışıqların iyunun 19-da başlayacağını bildirib
AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO
Kamran Əliyev Qarsda görüşlər keçirib
Azad edilmiş ərazilərdə daha 51 mina, 497 PHS aşkarlanıb
Yanvar-may aylarında pensiyalara 3,26 milyard manat yönəldilib
Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Rusiya Dövlət Dumasına seçkilərin vaxtı məlum olub
Nazir müavini: Dövlət Proqramı yalnız istehsal istiqamətlərini deyil, onları dəstəkləyən tədbirləri də əhatə edir
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları başlayıb - FOTO - YENİLƏNİB
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qubada regional müşavirə keçirilir - FOTO
İran gəmiləri ABŞ-ın dəniz blokadası zonasından keçməyə başlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
Milli Məclisə “Kraudfandinq haqqında” qanun layihəsi daxil olub
“Halal Products Development”: Halal sənayesi qlobal böhranlara qarşı daha dayanıqlı olmalıdır
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olur
Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir
Roma Papası Azərbaycana səfərə dəvət edilib
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
Zehra Selçuk: 2028-ci ilə qədər qlobal halal bazarın həcmi 11 trilyon dollara çatacaq