Bank Of Baku

Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 71% artırıb

Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 71% artırıb
# 16 fevral 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın qarşılıqlı əməkdaşlıq etdiyi 147 ölkə ilə 27,9 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində xarici ticarət dövriyyəsinin 21,3 mlrd. dollarını ixrac, 6,6 mlrd. dollarını isə idxal təşkil edib. Nəticədə, 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Əvvəlki il ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1%, o cümlədən ixrac 45,1%, idxal 7,8%, müsbət saldo isə 71% artıb.

İdxal-ixrac əməliyyatlarının 25,8%-i İtaliya, 7,1%-i Fransa, 6,9%-i Rusiya, 6,5%-i İsrail, 6,2%-i ABŞ, 4,8%-i Ukrayna, 3,4%-i Türkiyə, 3,3%-i Çin, hər biri 2,8% olmaqla Xorvatiya, İndoneziya, Malayziya, 2,5%-i Sinqapur, 2,2%-i Almaniya, 1,7%-i Gürcüstan, 1,3%-i Koreya, 19,9%-i isə digər ölkələrlə aparılıb.

Mal mübadiləsinin 91,5%-i, o cümlədən ixracın 95,5%-i və idxalın 78,5%-i sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilib və bu hesablaşmaların həcmi 2009-cu illə müqayisədə 36,9% artıb.

Azərbaycana idxal olunan malların ümumi həcminin 17,3%-i Rusiya, 11,7%-i Türkiyə, 9,2%-i Almaniya, 8,9%-i Çin, 7,1%-i Ukrayna, 4,6%-i Böyük Britaniya, 4,4%-i Qazaxıstan, 3,1%-i ABŞ, 2,6%-i Sinqapur, 2,4%-i Braziliya, 2,4%-i Koreya, 2,2%-i Yaponiya, 2,1%-i Fransa, 1,8%-i İtaliya, 1,8%-i İran, 1,7%-i Belarus, 16,7%-i isə digər ölkələrin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR