Azərbaycanda vergi siyasətinin əsəs prioritetləri açıqlanıb

Azərbaycanda vergi siyasətinin əsəs prioritetləri açıqlanıb
# 12 fevral 2021 12:57 (UTC +04:00)

Azərbaycanda vergi sisteminin məqsədlərinə nail olmaq üçün əsas prioritetlər açıqlanıb.

APA-Economics”in məlumatına görə, sözügedən prioritetlər “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanovun təqdimatında öz əksini tapıb.

Təqdimata görə, əsas prioritetlər aşağıdakılardır:

İnvestisiya mühitinin əlverişliliyinin vergi yolu ilə tənzimlənməsi – əsas idxal məhsullarının yerli istehsal məhsullar ilə əvəzlənməsi üçün vergi təşviqlərinin verilməsi; məşğulluğun təmin edilməsi və dayanıqlılığının artırılması; investisiya qoyuluşunu təşviq edən xüsusi vergi imtiyazlarının tətbiqi və s.

Kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolunun genişləndirilməsi – kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması üçün institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi; mikro sahibkarlıq subyektlərinin kiçik və orta sahibkarlığa keçidinin təşviq edilməsi; real sektorun maliyyələşməsində iştirak edən maliyyə institutlara dəstək.

Uçot siyasətində şəffaflığın artırılması – haqsız rəqabətin aradan qaldırılması; rəqəmsal mühitin genişləndirilməsi və elektron xidmətlərin vergi orqanına inteqrasiyasının təmin olunması; ilkin uçot sənədlərin (invoys, daxili qaimələr, əmtəə-nəqliyyat qaiməsi və s.) elektronlaşdırılması; mikro sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün aradan qaldırılması üçün tədbirlərin görülməsi ("Mobil Tətbiq"ərin istifadəsi) və s.

Təqdimatda qeyd edilib ki, sözügedən prioritetlərin cari və ortamüddətli icrası üçün əsas hədəf və istiqamətlər özündə vergi qanunvericiliyinin investisiya yönümlülüyünün təmin olunması, daxili bazarın vergi yolu ilə dəstəklənməsi və təşviqi, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması və vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunluğunun təminini birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR