Bank Of Baku

Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox artıb

Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox artıb
# 24 fevral 2025 15:22 (UTC +04:00)

2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 12 mln. 803 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8% və ya 473 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar ayında 12 mln. 330 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 9 mln. 478 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19.4% və ya 1 mln. 537 min manat çoxdur. 2024-cü ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 7 mln. 941 min manat olub.

Sığorta ödənişlərinin artması son bir ildə NVSMMİS üzrə zərərliliyini 20.5% artırıb. Belə ki, 2024-cü ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 61.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 74 manata yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR