Bank Of Baku

ICIEC-in baş direktoru: İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla uzunmüddətli əməkdaşlıq tarixi var

İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru Xalid Xalafalla

© APA | İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru Xalid Xalafalla

# 17 iyun 2026 14:12 (UTC +04:00)

İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla uzunmüddətli əməkdaşlıq tarixi var. Biz bir sıra bankları kredit xətləri ilə fəal şəkildə dəstəkləmişik. Bu gün TuranBank ilə imzalanan saziş də buna yaxşı nümunədir.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Biz həmçinin Azərbaycanda lizinq şirkətlərini də dəstəkləyirik ki, onlar kiçik və orta sahibkarlıq subyektlərinə yardım göstərə bilsinlər. ICIEC tərəfdən, Azərbaycan 2023-cü ildə 49-cu üzv kimi qoşulub. O vaxtdan bəri ümumilikdə 164 milyon dollar həcmində sığortalanmış biznes əməliyyatları həyata keçirmişik", - deyə o qeyd edib.

"Ən vacibi, yaxın zamanda telekommunikasiya sektorunda mühüm bir əməliyyatı sığortalamışıq. Bu, xüsusilə telekommunikasiya sektorunun bərpası baxımından çox önəmlidir. Bundan başqa, nəqliyyat da daxil olmaqla infrastruktur layihələrini də dəstəkləmək potensialımız var. Keçmişdə Qazaxıstandan Azərbaycana dəmir yolu üçün lokomotiv ixracını da dəstəkləmişik. Bu, bizim üçün önəmli layihələrdən biridir. Ümumilikdə, Azərbaycanda yaxşı fəaliyyət göstərmişik və gələcəkdə daha çox layihəni dəstəkləmək potensialımız var", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR