2025-2028-ci illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddinin hər il deyil, ortamüddətli dövrün sonuna müəyyən edilməsi nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı müvafiq qanunverici aktın layihəsi aidiyyəti üzrə təqdim edilib. Təklif olunan dəyişikliyə uyğun olaraq qeyd olunan göstəricinin 2028-ci il üçün 15,5 faiz səviyyəsində müəyyən edilməsi təklif olunur. Məlumat üçün qeyd edilməlidir ki, bu göstəricinin cari ildəki yuxarı həddi 24,0 faiz səviyyəsində müəyyən edilib.