Bank Of Baku

IMF: Dövlət Neft Fondunun aktivləri 2032-ci ilə kimi 78 mlrd. dolları ötəcək

IMF: Dövlət Neft Fondunun aktivləri 2032-ci ilə kimi 78 mlrd. dolları ötəcək
# 20 fevral 2026 09:21 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə ehtiyatları 2024-cü ilin sonundakı 70 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 85 milyard ABŞ dollarına yüksəlib.

APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları qarşıdakı dövrdə yavaş templə artmaqda davam edəcək.

Missiyanın proqnozlarına görə, bu ilin sonuna Neft Fondunun aktivləri 74,5 mlrd. dollara, 2027-ci ildə 75 mlrd. dollara, 2028-ci ildə 75,5 mlrd. dollara çatacaq.

ARDNF-in aktivləri üzrə gözləntilər 2029-cu il üzrə 76,2 mlrd. dollar, 2030-cu ildə 77,2 mlrd. dollar, 2031-ci ildə isə 78,4 mlrd. dollar təşkil edir.

IMF-in missiyası bununla belə, Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının azalacağını proqnozlaşdırıb. Proqnoza görə, AMB-nin ehtiyatları bu ilin sonuna 10,7 mlrd. dollara, 2027-ci ildə 9,7 mlrd. dollara, 2028-ci ildə 8,9 mlrd. dollara, 2029-cu ildə 8,75 mlrd. dollara kimi azalacaq. 2030 və 2031-ci illərdə bu rəqəm müvafiq olaraq 8,6 mlrd. dollar və 8,1 mlrd. dollar təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR