Bank Of Baku

LPO “Muğanbank”ın kompensasiyaların ödənilməsi ilə bağlı ərizə qəbulu yekunlaşır

LPO “Muğanbank”ın kompensasiyaların ödənilməsi ilə bağlı ərizə qəbulu yekunlaşır
# 18 oktyabr 2024 16:10 (UTC +04:00)

Ləğv prosesində olan (LPO)“Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə bağlı ərizə qəbulu bu il noyabrın 1-də yekunlaşır.

"APA-Economics" bu barədə Əmanətlərin Sığortalanmasın Fonduna (ƏSF) istinadən xəbər verir. ƏSF-dən bildirilib ki, LPO “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 01 noyabr 2023-cü il tarixdə KİV-lərdə dərc edilib. “Əmanətlərin sığortalanması haqqında” qanunun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Başqa sözlə, qanunun tələblərinə əsasən LPO “Muğanbank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 01 noyabr 2024-cü il tarixdə bitir.

ƏSF-dən qeyd edilib ki, kompensasiyaların ödənilməsi "Kapitalbank" ASC və "ABB" ASC vasitəsilə həyata keçirilir.

Fond əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 (beş) il müddətində saxlanılır.

ƏSF həmçinin əlavə edib ki, ötən ilin noyabr ayının 27-dən cari ilin oktyabr ayının 18-dək LPO “Muğanbank” ASC-nin 7434 əmanətçisinə 198,278,930.92 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənişi həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR