PAŞA Sığorta şirkəti 13 Oktyabr Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü münasibətilə dəmiryolu əməkdaşlarına 20 % endiirm kampaniya elan edir.
Belə ki, 10-18 oktyabr tarixlərində könüllü fərdi sağlamlıq sığortası məhsullarından hər hansı birini əldə edən dəmiryolu işçiləri sığorta haqqına 20 % endirim qazanacaq. Qeyd edək ki, PAŞA Sığortanın fərdi könüllü sağlamlıq sığortası məhsullarına “Ailə dostu”, “SağlamSən”, “Məktəbli” və “Kompakt” məhsulları daxildir.
“Ailə Dostu” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/0w0mc90f, “SağlamSən” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/1w0mc7To, “Məktəbli” sağlamlıq sığortasına müraciət etmək üçün cutt.ly/Mektebli-sigortasi, “Kompakt” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün isə cutt.ly/tw0mcKCd linkinə keçid edə bilərsiniz. Həmçinin, *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.
Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/0ePRp1X6 linkinə keçid edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.