Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə 108 444 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb.
İcbarı Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 24,8 mln. manata yaxın olub.
2015-ci il ilə müqayisədə bu icbari sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində 56% faiz artım müşahidə edilib.
Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 72,68 %-i yaşayış evləri və mənzillər, 0,76%-i inzibati binalar, 26,56 %-i digər daşınmaz əmlakla bağlı olub.
Ümumilikdə bağlanılmış müqavilələr üzrə sığorta təminatı məbləğləri 12,2 mlrd. manat təşkil edib.
