Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2015-ci il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə ümumilikdə 1,1 milyona yaxın sığorta müqaviləsi bağlanıb.
Bu barədə “APA-Economics”ə İSB-dən məlumat verilib.
İSB-nin iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2015-ci il ərzində “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş qeyri-həyat icbari sığorta növləri üzrə bağlanmış müqavilələrin sayı və sığorta haqlarının məbləği barədə məlumatlar aşağıdakı cədvəldə göstərilib:

2014-cü illə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 0,9% azalma müşahidə edilsə də, sığorta haqlarının məbləğində 16,7% artım müşahidə edilib.