Bank Of Baku

Avro manata qarşı zəifləyib, dolların məzənnəsi sabit qalıb

Avro manata qarşı zəifləyib, dolların məzənnəsi sabit qalıb
# 05 yanvar 2016 06:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün dekabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 30-u ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5610 manat olub.

 

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla dekabrın 30-da manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,89% və ya 0,0151 manat azalaraq 1,6895 manata enib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,46% azalaraq 0,0215 manat səviyyəsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR