Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərdən də görünür ki, bank əsas göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlayır. Belə ki, 2024-cü il ərzində Yelo Bank 35 mln manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Bank rüb ərzində bizneslərin maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 mln manat, yəni 25%-dən çox artıb. Nəticədə ümumi kredit portfeli 898 mln manata yüksəlib. Hər zaman olduğu kimi real sektorun kreditləşməsi Yelo Bank-ın prioritetləri sırasındadır. Kredit portfelinin üçdə ikisi olmaqla mühüm hissəsini biznes kreditləri təşkil edir. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 96 mln manat, 20%-dən çox artımla 567 mln manata çatıb. Hesabat dövründə mikro kredit portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 25% artaraq, 328.6 mln manat təşkil edib.
Fiziki şəxslərə verilən kredit portfeli isə əvvəlki ilin analoji dövründən bəri 88 mln, yəni 35.4% artaraq 336.4 milyon manat təşkil edib. Rüb ərzində istehlak kredit portfelinin artımında onlayn kanalların payı 50%-ə yaxındır.
Ümumi əmanət portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 200 mln manat olmaqla 31% artaraq, bu ilin üçüncü rübünün yekununda 841.5 mln manat təşkil edib. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 39%-dən çox artaraq 113 mln manata çatıb. Qeyri-faiz gəlirləri də eyni dövrlə müqayisədə 3 dəfədən çox artımla 24 mln manata yüksəlib.
Ötən ilin eyni dövrü ilə müqayisədə məcmu kapital 37%-lik artımla 140 mln manata çatıb. Bu da requlyativ tələbdən 90 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.5%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.7% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Hesabat dövrünün sonuna Bankın aktivləri 1 mlrd 177 mln manat təşkil edib.
İdarə Heyətinin sədri Anar Həsənov cari ilin üçüncü rübündə Bankın strateji məqsədlərinə doğru mühüm irəliləyişlər əldə olunduğunu qeyd edib: “Bu göstəricilər, təkcə xidmət və məhsullarımızın keyfiyyətini artırmaq istiqamətindəki səylərimizin deyil, həm də müştərilərimizin Yelo Bank-a göstərdiyi inam və etibarın nəticəsidir. 3-cü rübün sonuna olan maliyyə nəticələrimizə əsasən deyə bilərəm ki, yeni strateji dövrümüzün bir sıra mühüm hədəflərinə çatmaqdayıq. Bankın xidmət və məhsullarının, eləcə də filiallarının rəqəmsallaşdırılması prosesini il ərzində də davam etdirəcəyik. Əsas strateji prioritetlərimizdən olan ESG prinsiplərini də tətbiq etməklə fəaliyyətimizi daha dayanıqlı səviyyəyə qaldırmağı hədəfləyirik. İnanıram ki, 2024 Yelo Bank üçün davamlı inkişafa doğru getdiyimiz mühüm illərdən biri kimi yadda qalacaq”.
Yelo Bank üçüncü rübü uğurlu göstəricilərlə başa vurub
Maliyyə
Bu günün valyuta məzənnələri
Dövlət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Pərviz Şahbazov: Azərbaycan və Böyük Britaniya yeni işçi qrupları yaradacaq
Xəbər Lenti
PostEurop sədri: Azərbaycan transformasiya prosesində etibar edə biləcəyimiz ölkələrdəndir
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Prezident İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans iştirakçılarına müraciət ünvanlayıb
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir
"NYMEX" əmtəə birjasında təbii qaz bahalaşıb
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Azərbaycan nefti 120 dollara ticarət olunur
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
Bu günün valyuta məzənnələri
Yasamal və Biləcərinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb
“Bitcoin” 84 min dollara kimi ucuzlaşıb
Qlobal fond bazarlarında yüksəliş: “S&P 500” və “Nasdaq” rekordu yeniləyib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Messi millidə son oyununu keçirib
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var - YENİLƏNİB
Britaniyada daha bir nəfər ABŞ bazası yaxınlığında terror şübhəsi ilə saxlanılıb
Keniyada Eboladan ilk ölüm faktı qeydə alınıb
Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib
Vens İranla müharibənin başa çatması üçün şərti açıqlayıb
Ankarada silahlı insident nəticəsində bir polis əməkdaşı həlak olub
İsrail Qəzzada hərbi əməliyyatları tezliklə bərpa edə bilər
Tramp: ABŞ-a İran nefti lazım deyil
ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına taun təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür
Millətlər Liqasında IV tura yekun vurulub
13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını açıqlayıb
Türkiyənin İzmir şəhərinin idarəetməsi hakim partiyaya keçir
Putin 8-9 oktyabr tarixlərində Türkmənistana səfər edəcək
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
KİV: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
ÜST: Yəməndə münaqişə nəticəsində ölənlərin sayı 959-a çatıb
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
Gürcüstan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının ləğvi məsələsini nəzərdən keçirməyə başlayıb
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Volqoqrad Neft Emalı Zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanla Birləşmiş Krallıq arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ukrayna HHQ: Rusiya dronlarının Moldovaya daxil olması planlaşdırılmış aksiyalardır
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
Rusiya XİN: Ermənistan 102-ci hərbi bazanın çıxarılmasının məsuliyyətini Moskvanın üzərinə qoymağa çalışır
Türkiyə nümayəndə heyəti DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub