Bank Of Baku

Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpa olunması üçün bəzi şərtlər irəli sürüb

Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpa olunması üçün bəzi şərtlər irəli sürüb
# 05 sentyabr 2008 11:04 (UTC +04:00)
Tiflis-APA. “Rusiya ilə diplomatik münasibətlərin yenidən bərpa olunması üçün bu ölkə Gürcüstanın ərazi bütövlüyünü pozduğunu və gürcü xalqına qarşı soyqırımı törədildiyi faktını etiraf etməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze çıxış edib. O, həm Gürcüstan, həm də Rusiya diplomatlarının işlədikləri ölkəni tərk etməsi üçün bəzi formal proseduraları həyata keçirməli olduğunu deyib: “Əgər Rusiya Gürcüstanın iki vilayətində etnik təmizləmə apardığını, beynəlxalq prinsip və normaların pozulduğunu, bu ölkənin ərazi bütövlüyünə təcavüz olunduğunu etiraf etsə, o zaman diplomatik münasibətlər qurulmasında problem olmayacaq”. Qriqol Vaşadze separatçı bölgələrin liderləri ilə danışıq aparılmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR