Bank Of Baku

Rusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir

Rusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir
# 22 oktyabr 2008 13:49 (UTC +04:00)
Moskva – APA. Rusiya Ukrayna tərəfinə Qara dəniz donanmasının 2017-ci ildən sonra da Sevastopolda qalmasının mümkünlüyünün müzakirəsini təklif etmək niyyətindədir. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət bəslədiklərini, bütün dövlətlərarası razılaşmalara vicdanla əməl etdiklərini, bu razılaşmalarda əksini tapmış bütün prinsiplərə və əməkdaşlıq istiqamətlərinə sadiq olduqlarını bildirib: “Bu, Qara dəniz donanmasını Ukrayna ərazisində qalmasına dair razılaşmaya da aiddir. Biz müvafiq zamanda donanmanın 2017-ci ildən sonra da Ukrayna ərazisində qalması ilə bağlı məsələni gündəmə gətirməyi təklif edəcəyik. Aydındır ki, bu məsələlər bir az gec, 2017-ci ilə yaxın müddətdə, həmin vaxt Ukraynada iş başında olacaq hökumətlə müzakirə ediləcək”.
Qeyd edək ki, Ukraynanın indiki prezidenti Viktor Yuşşenko və ölkənin milli yönümlü siyasi qüvvələri Rusiya hərbi donanmasının dövlətlərarası sazişdə qeyd olunan vaxtda – 2017-ci ildə ölkə ərazisindən çıxmasını istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR