Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Estoniya xarici işlər naziri Maqnus Tsakhna

© APA | Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Estoniya xarici işlər naziri Maqnus Tsakhna

# 27 iyun 2024 12:43 (UTC +04:00)

“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır”.

APA xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan XİN rəhbəri bildirib ki, o, estoniyalı həmkarını regiondakı vəziyyət və qonşu ölkələrlə münasibətlərin normallaşması prosesi barədə məlumatlandırıb.

“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına - diplomatik münasibətlərin yaradılmasına, sərhədlərin açılmasına hazırdır. Türkiyəli həmkarlarımızla daha əvvəlki görüşlərdə biz konkret razılaşma əldə etdik ki, normallaşma istiqamətində hansı addımlar atıla bilər, mən xüsusilə də üçüncü ölkənin vətəndaşları və diplomatik pasportları olan Türkiyə və Ermənistan vətəndaşları üçün sərhədlərin açılması barədə qeyd edərdim. Biz bu razılaşmaya öz sadiqliyimizi bir daha bəyan edirik. Mən inanıram ki, artıq bu razılaşmanı reallaşdırmağın tam vaxtıdır”, - nazir Ararat Mirzoyan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR