İyunun 14-də Ermənistan ordusunun aldığı güllə yarasından öldüyü açıqlanan hərbçisi Armen Qasparyanın qətlə yetirildiyi məlum olub.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə açıqlamanı ölkənin İstintaq Komitəsi yayıb.
Bildirilib ki, faktla bağlı cinayət işi qaldırılıb, müvafiq ekspertizalar təyin olunub.