Rusiya Boliviyada dövlət çevrilişinə cəhdi pisləyib

Rusiya Boliviyada dövlət çevrilişinə cəhdi pisləyib
# 27 iyun 2024 11:56 (UTC +04:00)

Moskva Boliviyada dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya Boliviyada dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyir və prezident Luis Arseyə tam dəstəyini ifadə edir.

"Vəziyyətin konstitusiya çərçivəsindən kənara çıxmasını qəbuledilməz hesab edirik. Boliviyada hər hansı daxili siyasi fikir ayrılığının siyasi həlli imperativdir. Boliviyadakı bütün konstruktiv siyasi qüvvələri və strukturları Boliviya cəmiyyətini konsolidasiya etmək, çoxmillətli dövlətin sabitliyini və suverenliyini təmin etmək maraqları naminə birləşməyə çağırırıq. Biz Boliviyanın və digər dövlətlərin daxili işlərinə xarici müdaxilə cəhdlərinə qarşı xəbərdarlıq edirik. Çünki belə müdaxilə cəhdləri bir sıra ölkələr və xalqlar, o cümlədən Latın Amerikası regionu üçün dəfələrlə faciəli nəticələrə gətirib çıxarıb.

Biz etibarlı strateji tərəfdaşımız olan qardaş Boliviya ilə həmrəyik",- deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR